Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Dövlət Rəsm Qalereyasında ”Müstəqilliyimiz Qürur Mənbəyimiz” adlı tədbir keçirilib

17.10.2025

17 Oktyabr 2025-ci il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü ilə əlaqədar "Müstəqilliyimiz Qürur Mənbəyimiz" adlı tədbir keçirildi. 18 oktyabr - Azərbaycan tarixinin  şanlı səhifələrindən biridir. Xalqımız tarix boyu azadlıq uğurunda mübarizə aparmış, bu yolda böyük çətinliklərə baxmayaraq milli birliyini və dövlətçilik ənənələrini qoruyub saxlayıb. 18 Oktyabr hər bir Azərbaycanlı üçün qürur və iftixar günüdür. Qalereyanın əməkdaşı Yolçuyeva Samirə mövzu ilə bağlı çıxış etdi. Tədbirdə Qalereya əməkdaşları və nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin şagirdləri iştirak ediblər. Sonda dərnək  şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış  keçirildi.