Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəydə Füzuli şəhəri günü ilə əlaqədar tədbir keçirilib

16.10.2025

16 oktyabr 2025-ci il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzi, Gədəbəy rayon Mədəniyyət Mərkəzinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının  işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası məqsədi ilə Füzuli şəhəri günü ilə əlaqədar tədbir keçirilib. 
Tədbirdən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə mərkəzin əməkdaşı Aybəniz Əsgərova öz çıxışlnda   qeyd edib ki, Erməni işğalçılarının  təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük II Qarabağ-Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Otuz illik Füzuli həsrəti nəhayət ki, bitdi. Oktyabrın 17-də Azərbaycanın nəzarətinə keçən Füzuli şəhərində üçrəngli Azərbaycan bayrağı qaldırıldı. Sonda "Füzuli şəhəri" adlı sənədli film nümayiş etdirildi.