15.10.2025
15 oktyabr 2025-ci il tarixində Ağstafa rayon Hüseyn Arif Ev Muzeyi və Ağstafa Gənclər Evinin birgə təşkilatçılığı ilə Ağstafa Gənclər Evi Sosial Xidmət müəssisəsində "Qəhrəmanlardan öyrənək" başlığı altında tədbir təşkil olundu. İlk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir çərçivəsində Ağstafa rayon sakinləri olan ikinci vətən müharibəsi qaziləri ilə görüş keçirildi. Tədbirdə iştirak edən qazilər keçdikləri bu məşəqqətli döyüş yolundan danışaraq gənclərə qəhrəmanlıq, qorxmazlıq və vətənpərvərlik salnaməsi aşıladılar. Qazilərin təsirli çıxışı tədbir iştirakçıları, xüsusən də gənclər tərəfindən böyük maraqla dinlənildi.
Qazilərə Allahdan can sağlığı, şəhidlərimizə isə rəhmət diləyirik.