15.10.2025
15 oktyabr 2025-ci il tarixində Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin, Gədəbəy rayon Mədəniyyət Mərkəzinin və MKS-nin birgə təşkilatçəlığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə “Şair- həqiqətin, haqqın güzgüsü” başlıqlı tədbir keçirdi. Tədbirdə çıxış edənlər xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında geniş məlumat verdilər və qeyd edildi ki, Bəxtiyar Vahabzadə yaşayan, döyüşən, səfərbər edən və Vətən xalq qarşısında öz tarixi vəzifəsini yerinə yetirən çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsidir. Bəxtiyar Vahabzadə öz möhtəşəm poeziya məhəbbətini ucalara qaldıran bir qüdrətli şairdir. Bundan başqa əsrin şərq və dünya şeir prosesi məcrasında Azərbaycanı Bəxtiyar Vahabzadənin poetik söz dünyası ləyaqətlə təmsil edir. Sonda tədbir iştirakçıları Bəxtiyar Vahabzadəyə həsr edilmiş sərgi ilə tanış oldular.