Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda ”Maqsud İbrahimbəyov-90” başlığında tədbir təşkil edilib

10.10.2025

10 oktyabr  2025- ci il tarixində Tovuz rayon Heydər Əliyev Mərkəzində Tovuz rayon üzrə Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyi ilə əlaqədar "Maqsud İbrahimbəyov-90" başlığında tədbir təşkil edilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Maqsud İbrahimbəyov parlaq istedada malik nasir kimi çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bədii fikrinin zənginləşməsində təqdirəlayiq rol oynamış söz ustalarındandır. Ötən əsrin 60-cı illərində yeni ədəbi prosesin formalaşmasında yaxından iştirak edən sənətkar ərsəyə gətirdiyi dəyərli nəsr nümunələrində qəhrəmanlarının xarakterini dərindən açaraq dolğun və rəngarəng obrazlar yaratmışdır. Onun, eyni zamanda dramaturq, kinossenarist və rejissor kimi Azərbaycan kinematoqrafiyasının inkişafında mühüm xidmətləri vardır. Milli koloritin qabarıq təsviri, adət-ənənələrə bağlılıq, xüsusən Bakı mühitinin özünəməxsus mənzərəsinin təsviri Maqsud İbrahimbəyov yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdən olduğunu vurğulayıblar.
Tədbirin sonunda Maqsud İbrahimbəyovun həyat və fəaliyyətinə həsr olunmuş sənədli  filmə və kitab sərgisinə baxış keçirildi.