Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda ”Xalqın ruhunu sənətdə əbədiləşdirmiş sənətkar” mövzusunda tədbir keçirilib

30.09.2025

30.09.2025-ci il tarixdə Tovuz rayon Aşıq H.Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində muzeyin əməkdaşlarının, Abulbəyli kənd Folklor klubunun və Tovuz aşıqlarının təşkilatçılığı ilə Abulbəyli kənd Folklor Evinin, kitabxanasının, Tovuz Rəsm Qalereyasının və Tovuz rayon Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə Üzeyir Hacıbəyovun 140 illik yubileyi ilə əlaqədar "Xalqın ruhunu sənətdə əbədiləşdirmiş sənətkar" mövzusunda tədbir keçirilib. 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və ardıyca Ulu Öndər və Ümummilli Lider Heydər Əliyevin və Respublikamızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə bildirilib ki,2025-ci il, Azərbaycan musiqisinin banisi, Şərqdə ilk operanın müəllifi, görkəmli bəstəkar, böyük maarifçi və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyidir. Bu yubiley yalnız bir sənətkarın deyil, bütün Azərbaycan xalqının mənəvi zənginliyinin və mədəni irsinin təntənəsidir.
Böyük sənətkar Üzeyir Hacıbəyov öz yaradıcılığı boyu aşıq sənətini öyrənmiş, ona qayğı ilə yanaşmış, ədəbi dil yaradıcılığında ondan bir qida mənbəyi kimi istifadə edib.
Ü.Hacıbəyov xalq musiqisindən istifadə etdiyi kimi, özü yazdığı səhnə əsərlərinin mövzusunda aşıq yaradıcılığından, xalq ədəbiyyatından da istifadə edib. “Leyli və Məcnun”, “Şeyx Sənan”, “Rüstəm və Zöhrab”, “Şah Abbas və Xurşud banu”, “Əsli və Kərəm”, “Harun və Leyla” Azərbaycan və Şərq ədəbiyyatından, şifahi xalq yaradıcılığından, nağıl və dastanlardan alınıb.
Sonda aşıqların ifasında saz-söz ifaları dinlənilib.