Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəydə Anım Günü münasibətilə tədbirlər keçirilib

27.09.2025

27 sentyabr 2025-ci il tarixində Gədəbəy rayon Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Gədəbəy rayon Komitəsinin sədri tərəfindən birgə təşkilatçılığı ilə “27 Sentyabr – Anım Günü” münasibətilə tədbirlər həyata keçirilib. Bu çərçivədə rayonun mədəniyyət müəssisələrində çalışan, I və II Qarabağ müharibələrində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələri ziyarət olunub, onların müqəddəs məzarlarına gül dəstələri qoyularaq ehtiramla yad edilib.
Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaqdır. Uca Tanrıdan şəhidlərimizə rəhmət, ailələrinə səbr və dözüm diləyirik.