25.02.2019
25 fevral 2019-cu il tarixdə saat 13.00-da Qazax rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 27 - ci ildönümünə həsr olunmuş “XX ƏSRİN FACİƏSİ” adlı tədbir keçirilmişdir.Tədbirdə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin şagirdləri və müəllimləri iştirak etmişdirlər. Tədbir Xocalı faciəsi qurbanlarına həsr olunmuş “Xocalı faciəsi” adlı filmin nümayişi ilə başlamışdır. Sonra muzeyin direktoru Ceyhunə Hüseynova “XX əsrin faciəsi” başlıqlı məruzə ilə çıxış edərək bildirmişdir ki, “Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı törətdiyi ən ağır cinayətdir. Bu faciə tarixin yaddaşına Xatın, Liditsa, Oradur,Holokost, Sonqmi, Ruanda, Srebrenitsa kimi dəhşətlifaciələrlə eyni dərəcədə yazılmışdır.Adları çəkilən faciələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq yazılmışdır.Xocalı soyqırımı nəticəsində 613 Xocalı sakini qətlə yetirilmişdir. Bunların 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı idi. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər ki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüş, 150 nəfər girovun taleyi isə bu günə qədər məlum deyil...” Daha sonra Q.Hacımahmudova adına ümumi orta məktəbin direktoru Yeganə Göyüşova çıxış edərək Xocalı faciəsinin dəhşətlərindən bəhs etmiş və bildirmişdir ki,-“ Azərbaycan xalqı son 200 ildə ermənilərin davamlı olaraq etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalmışdır.1905-1906, 1917-1918-ci illərdə ermənilər Bakıda, Gəncədə, İrəvanda ,Naxçıvanda ,Zəngəzurda, Qarabağda qırğınlar törətməklə yanaşı, yaşayış məskənlərini darmadağın etmişdirlər.Xocalıda törədilən qətliam da bu etnik təmizləmə siyasətinin davamı idi. Xocalı insanlığın qanla boğulduğu bir yerdir... ” Sonra məktəbin şagirdləri Şahvələdli Elza, Hacıyev Əsgər, Camalova Sədaqət, Əfəndiyeva Duyğu, Hüseynova Aysel, Nağıyev Nicat, İsgəndərova Nərmin, Nağıyeva Ayşən, Camalova Halə, Həsənova Leyla, Mustafayeva Səma, Adıgözəlova Sevda, Hüseynova Əsmər, Hüseynzadə Kənan Xocalı faciəsinə həsr olunmuş şerlər söyləmiş, bu faciəni özündə əks etdirən bədii kompozisiyalar nümayiş etdirmişdirlər.Tədbir Xocalı faciəsindən bəhs edən kitab və foto-sərgiyə baxışla başa çatdırılmışdır.