Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda ”Şəhidlər ölməz, Vətən bölünməz!” mövzusunda anım tədbiri təşkil olunub

25.09.2025

25 sentyabr 2025-ci il tarixində Tovuz Regional Asan Xidmət Mərkəzində Tovuz rayon Mərkəzi kitabxanasının və Tovuz Regional Asan Xidmət Mərkəzinin könüllülərinin birgə təşkilatçılığı ilə 27 Sentyabr Anım Günü ilə əlaqədar "Şəhidlər ölməz, Vətən bölünməz!" mövzusunda anım tədbiri təşkil olunub.
 İlk öncə açıq havada Vətən müharibəsi qəhrəmanlarının göstərdiyi igidlik və şücaəti əks etdirən rəsm, əl işləri və kitab sərgisi nümayiş olunub. Daha sonra dəyirmi masa ətrafında torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 Tədbirdə çıxış edən iştirakçılar 30 il düşmən tapdağı altında əzilən torpaqlarımızı 44 gün ərzində düşmən tapdağından azad edən igidlərimizin şərəfli döyüş yolundan bəhs edərək bildiriblər ki, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək bütün dünyaya öz varlığını, bütövlüyünü və yenilməzliyini bir daha sübut etdi.