Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada şəhid Xəyal Əlizadə Nəsrəddin oğlunun ailəsini ziyarət ediblər

25.09.2025

25 sentyabr 2025-ci il tarixində Ağstafa rayon Hüseyn Arif Ev Muzeyi, Ağstafa Rayon Tarix Diyarşünaslıq Muzeyi və Ağstafa şəhər 2 saylı folklor klubunun əməkdaşları Azərbaycan ordusunun əsgəri, Ağstafa rayon sakini, 1995-ci il təvəllüdlü şəhid Xəyal Əlizadə Nəsrəddin oğlunun ailəsini ziyarət etdilər.
Xəyal Əlizadə 2020-ci il sentyabrın 27-də başlayan vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə oktyabrın 10-da qəhrəmancasına şəhid olub.
Allahdan şəhidimizə rəhmət diləyirik.