23.09.2025
23 sentyabr 2025- ci il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzinin və MKS-nin tabeliyində fəaliyyət göstərən Qazax şəhər 1 və 2 saylı Folklor evləri və Kitabxana filiaları, Ağköynək, Qarapapaq kənd mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Qazax şəhər 2 saylı Folklor evində Uşaqlara dair Strategiyanı həyata keçirilməsi istiqamətində müvafiq Tədbirlər planına əsasən “Uşaq strategiyası: Sağlam nəsil, güclü sabah" adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Uşaq sevgisi – Heydər Əliyev siyasətinin ən ali prinsipidir” adlı video çarxa baxış keçirildi.
Tədbiri giriş sözü ilə Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi v.i.e. Ceyhunə Hüseynova açaraq bildirib ki, əsas məqsədi ölkəmizdə uşaqların müdafiə sistemini möhkəmləndirmək, hüquqlarını qorumaq, onlar üçün bərabər imkanlar və şərait yaratmaq, keyfiyyətli təhsil və müasir standartlara uyğun tibbi xidmət göstərmək olan milli uşaq strategiyası dövlət siyasətimizin proritetidir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu strategiyanın həyata keçirilməsi gələcəyimiz olan uşaqların istedad və bacarıqlarının inkişaf etdirilməsi, onların milli - mənəvi ruhda tərbiyyə edilməsi istiqamətində əhəmiyyətli rola malikdir.
Tədbirdə çıxış edən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri, Əməkdar Mədənmiyyət işçisi İsgəndər Qurbanov bildirib ki, bugünkü görüşümüz uşaqların rifahı, onların sağlam, savadlı və xoşbəxt böyüməsi üçün mühüm əhəmiyyət kəsb edən “ Uşaq Strategiyası”na həsr olunub. Uşaq — cəmiyyətin gələcəyi, dövlətin sabahı, millətin ümididir. Onların qayğısına qalmaq, hüquqlarını qorumaq, inkişaf imkanlarını təmin etmək bizim ən ümdə vəzifəmizdir. Azərbaycan dövləti hər zaman uşaq siyasətini prioritet istiqamət kimi müəyyən edib. Bu məqsədlə qəbul edilən “Uşaq Strategiyası”nda uşaqların təhsil alması, sağlam böyüməsi, istedadlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili və hüquqlarının təmin olunması üçün mühüm tədbirlər nəzərdə tutulub. Bizim əsas vəzifəmiz yalnız bugünkü uşaqları deyil, gələcəyin yetkin insanlarını yetişdirməkdir. Onların tərbiyəsi, dünyagörüşü, milli-mənəvi dəyərlərə bağlılığı sabahkı Azərbaycanın möhkəm təməlləri deməkdir. Bu baxımdan, hər bir valideyn, müəllim, ictimai təşkilat və dövlət qurumu üzərinə düşən məsuliyyəti dərk etməli və Uşaq Strategiyasının həyata keçirilməsinə fəal dəstək verməlidir.
Tədbirin bədii hissəsi mədəniyyət müəssisələrinin fəal oxucuların və dərnək üzvlərinin ifasında maraqlı şeirlər, musiqilər, saz havaları ilə davam etdirilib.
Sonda tədbirdə iştirak edən fəal oxuculara və dərnək üzvlərinə MİHİ Qazax rayon komitəsi tərəfindən hədiyyələr təqdim edildi.