Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS-nin əməkdaşları Sosial Reabilitasiya Mərkəzindəki uşaqlarla görüşüblər

22.09.2025

22 sentyabr 2025-ci il tarixində Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasının əməkdaşları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə maliyyələşən “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən həyata kecirilən sağlamlıq imkanları məhdud uşaqlar üçün Qazax Sosial Reabilitasiya Mərkəzində olublar. 30 nəfər uşağa sosial xidmət göstərən Reabilitasiya  Mərkəzində günərzi fərdi qayğı göstərilir. Mərkəzdəki uşaqlarla tanışlıq zamanı onlara şəkilli kitablardan nağıllar söylənilib. Uşaqlar kitabları maraqla qarşılayıblar. Səmimi qarşılamaya görə Reabilitasiya mərkəzinin işçilərinə kitabxana rəhbərliyi tərəfindən  təşəkkür bildirilib.