28.08.2025
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Gədəbəy Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün Yay Fest festivalı keçirilib.
Avqustun 28-də Gədəbəydə Yaşıl Teatrda tədbir baş tutub. Festivalda sakinlərimiz üçün əyləncəli və musiqili proqramlar təqdim olunub.
Qeyd edək ki, festivalın əsas məqsədi dövlət gənclər siyasətinin təşviqi, gənclərin şəxsi və peşəkar inkişafına dəstək verilməsi, asudə vaxtın səmərəli və əyləncəli təşkili, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, yaradıcı və təşəbbüskar gəncliyin formalaşdırılmasıdır.
#QazaxTovuzRMI #festival #Gədəbəy #YayFest #mədəniyyət