27.08.2025
27 avqust 2025-ci il tarixdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin və mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Qazax rayon Mədəniyyət Mərkəzində yeni tədris ilinin başlanması və Bilik Günü münasibətilə “Kiçik əllərə böyük ümidlər daşıyırıq” şüarı altında “Balaca Həmkarlar” layihəsini həyata keçirib.
2025-ci ildə MİHİ üzvlərinin birinci sinfə gedən övladlarına məktəbli ləvazimatları təqdim edilib. Məktəbli ləvazimatlarının təqdimatı uşaqlar və onların valideynləri tərəfindən böyük maraqla qarşılanıb.
Tədbiri giriş sözü ilə MİHİ Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov açaraq tədbir iştirakçılarını salamlayıb, fidan balaları 1-ci sinifə getməkləri münasibəti ilə təbrik edib. Valideynlərə uşaqlarının xoşbəxt və firavan böyüməsini arzulayıb.
Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru, Qazax –Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi v.m.i. Ceyhunə Hüseynova, Qazax Rayon Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fəridə Xudiyeva çıxış edərək 15 Sentyabr- Bilik günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğıdan, onların müdafiəsi, sosial təminatı ilə əlaqəli fəal dövlət siyasətindən, onların əlverişli sosial mənəvi mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması və şəxsiyyət kimi formalaşmasının dövlət - uşaq siyasətinin prioritet olmasından danışıblar. Eyni zamanda MİHİ Qazax rayon komitəsinin İttifaq üzvlərinin arzu və istəklərinə diqqətlə yanaşdığını bildirərək, “Sizin həmkar” devizindən uğurla istifadə olunduğunu qeyd ediblər.
Valideynlərdən Qazax Dövlət Dram Teatrının aktyoru Vüsal Hüseynov, aktrisa Zəmanə Dərvişova, Qazax- Tovuz Regional Gənclər və İdman İdarəsinin baş mütəxəssisi Osman Balcanov, Avey- Dövlət Tarix və Mədəniyyət Qoruğunun mühasibi Zibeydə Hacıyeva, Qazax şəhər 1 nömrəli Uşaq Musiqi məktəbinin müəllimi Gülnarə Cəlilli çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin rəhbərliyinə və MİHİ Qazax rayon komitəsinə, eyni zamanda bu işdə əziyyəti keçən hər kəsə göstərdikləri yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra uşaqlara MİHİ Respublika komitəsi tərəfindən göndərilmiş məktəbli çantaları və dərs ləvazimatları təqdim edilib.