Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS-də “Milli sərvətimiz Muğamı bəşəri musiqiyə çevirənlər” adlı maarifləndirici söhbət keçirilib

25.08.2025

25 avqust 2025-ci il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi kitabxanası oxu zalında Beynəlxalq Azərbaycan Muğamı günü ilə əlaqədar olaraq  “Milli sərvətimiz Muğamı bəşəri musiqiyə çevirənlər” adlı maarifləndirici söhbət keçirib. Tədbirdə bir qrup fəal oxucular və kitabxana əməkdaşları iştirak edib. Oxuculara xidmət şöbəsinin müdiri Bəsti Məmmədova xalqımızın qədim zəngin musiqi mədəniyyətinin, dünya musiqi xəzinəsinin incisi olan Azərbaycan muğamı, muğam sənətinin yaşadılması, inkişafı, onun qorunub saxlanması və tanıdılmasında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxşaxəli silsilə tədbirlər haqqında ətraflı məlumatında bildirib ki, “Bütün fəaliyyətimdə, bu günki çox məsuliyyətli vəzifəmdə mənim güc mənbəyim xalqımdır” kimi qiymətli fikirlər  söyləyən Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva bu sahədə də yorulmaz  fəaliyyət  göstərir. 
“Əzmkar İnsan, Humanizm və İnsanpərvərlik Örnəyi” adlı sərgidə vətənpərvər, cəsarətli olduğu qədər də mərhəmətli və şəfqətli olan Mehriban xanımın uzaqgörən ictimai-siyasi fəaliyyətini, Azərbaycan muğamının inkişafındakı rolunu əks etdirən nəşrlər oxucular tərəfindən maraqla qarşılanıb.