Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mədəniyyət Mərkəzində kitab təqdimatı keçirilib.

11.07.2025

10 iyul 2025-ci il tarixdə  Qazax rayon Mədəniyyət Mərkəzinin akt zalında  Qazax rayon  Mərkəzləşdirilmiş  Kitabxanana Sistemi və  Qazax rayon Mədəniyyət Mərkəzinin  birgə təşkilatçılığı ilə Ümummilli lider  Heydər Əliyevin Azərbaycanda ilk dəfə 1969-cu il 14 iyul tarixində siyasi hakimiyyətə gəlməsinin 56 illiyi ilə əlaqədar olaraq Ürkməzli kənd Folklor evinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Gülsənəm Cəlilinin Azərbaycan Respublikasının  Ulu Öndərinə həsr etdiyi  “Yurduma mayakdır sönməz işığın” adlı kitabının  təqdimatını keçirilib. Sazla-sözlə keçirilən tədbirdə şairənin qələm dostları, fəal oxucular və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib. 
Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda  qurban gedən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən Qazax – Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu  üzrə nümayəndə v.m.i.e. Ceyhunə Hüseynova, Mədəniyyət mərkəzinin müdiri Zahidə Həsənova, MKS-nin direktoru Fəridə Xudiyeva, şairə Tamella Poladlı, Qaymaqlı kənd Folklor evinin müdiri, şair Kazım Kazımlı, Canalı kənd Diyarşünaslıq klubunun müdiri Reyhan Omarova, şair Cavanşir Rüstəm, kitabxananın əməkdaşı Hicranə Məmmədova, aşıq Camoy Qurbanov  şairəin yaradıcılığından söz açıb, xatirələrini bölüşüblər.
Tədbirdə Gülsənəm Cəlili yeni şeirlərindən seçmələr söyləyib, fəal oxucular müəllifin şeirlərini səsləndirib, 2 nömrəli Uşaq musiqi məktəbinin şagirdlərinin ifasında  saz havaları dinlənilib. İştirakçıların çox böyük məmnun qaldıqları tədbirin sonunda şairə Gülsənəm Cəlili tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, “Yurduma mayakdır sönməz işığın”adlı şeirlər kitabını Mərkəzi kitabxanaya hədiyyə edib. Ceyhunə Hüseynova MİHİ-nin Qazax rayon Komitəsinin  hazırladığı Fəxri Fərman və gül dəstəsini Gülsənəm Cəliliyə təqdim edib. Sonda xatirə şəkli çəkilib.