Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax şəhər 2 nömrəli Uşaq Musiqi məktəbi hesabat konserti keçirib

17.06.2025

17 iyun 2025 - il tarixdə Qazax şəhər 2 nömrəli Uşaq Musiqi məktəbi 2024/2025-ci tədris ilinin yekunu ilə əlaqədar hesabat konserti keçirdi. Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov da iştirak etdi.
Məktəbin direktoru Ramil Qurbanov ilk öncə çıxış edərək şəhidlərimizi 1 dəqiqəlik sükutla yad etdi, sonra tədris ilində görülən işlərdən danışdı. Qeyd etdi ki, Regionda və rayonda keçirilən bütün tədbirlərdə məktəbimiz ugurla çıxış edib. Tədris ilində fəal olan müəllim və şagirdləri təbrik etdi. Qarşıdan gələn yeni tədris ilində daha da fəal olmalarını diqqətə çatdırdı. Sonra Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov geniş şəkildə çıxış edərək tədris ilinin yekunu ilə bağlı müəllimləri təbrik etdi. Daha sonra məktəbin şagirdlərinin ifaları dinlənildi.