01.06.2025
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Əlamətdar gün ölkəmizdə də müxtəlif səpkili tədbirlərlə qeyd olunur.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkdakı “Dinamo” meydançasında uşaqların bayramı ilə bağlı təntənəli tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı, Dağlıq Şirvan, Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Şərqi Zəngəzur, Mərkəzi Aran, Şirvan-Salyan, Mil-Muğan, Lənkəran-Astara, Qarabağ bölgələri də xüsusi stendləri ilə festivala öz töhfələrini veriblər.
#Azərbaycan #MədəniyyətNazirliyi #mədəniyyət #1iyun #uşaqlarınmüdafiəsi