Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkirdə “Məzahir Hüseynzadənin işığında” adlı tədbir keçirilib

19.06.2025

19.06.2025-ci il tarixdə Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Əhməd Cavad adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Şəmkir mahalına şöhrət gətirən, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, hörmətli şair Məzahir Hüseynzadəyə həsr olunmuş “Məzahir Hüseynzadənin işığında” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Məzahir Hüseynzadənin həyat və yaradıcılığından söz açılıb. Hüseynli Məzahir Əli oğlu 1948-ci il fevralın 18-də Şəmkir şəhərində anadan olub. Gəncə Dövlət Pedoqoji universitetinin tarix fakultəsində təhsil alıb. 28 yaşında Əhməd Cavad adına 4№-li şəhər orta məktəbin direktoru, Maarif şöbəsində inspektor, Şəmkir rayon icra hakimiyyəti başçısının müavini, təhsil Həmkarlar ittifaqının sədri vəzifələrində çalışmışdır. 2017-ci ildə təqaüdə çıxıb. Azərbaycan Yazıçılar, jurnalistlər birliyinin üzvüdür, “Qızıl Qələm”, ”Qızıl sünbül” mükafatları laureatıdır. 20-yə yaxın şeir kitablarının müəllifidir. Kitabları respublika mətbuatında və müxtəlif xalqların dillərində Gürcüstanda, Ukraynada, Türkiyədə dərgilərdə, qəzetlərdə dərc olunub. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikası “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verilib. Məzahir Hüseynzadə haqqında onun övladları Bakı Dövlət Universitetinin müəllimi Sərxan Hüseynli, Azərbaycan Diasporunun İndoneziyadakı koordinatoru Əli Hüseynli, ABŞ-da Amazon şirkətinin nümayəndəsi Xəzər Hüseynli tədbir münasibətilə təbrik edib və yaradıcılığından nümunələr səsləndiriblər.

Məzahir Hüseynzadə tədbirdə Şəmkir rayon İcra Hakimiyyəti aparatı adından Fəxri fərmanla təltif edilib. Daha sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İlham İnam Məzahir Hüseynzadə ilə olan xatirələrini bölüşüb. Şəmkir Qalası Abidəsinin elmi işçisi, şair Aləmzər Pənahqızı Məzahir Hüseynzadənin tədbir münasibətilə təbirk edib, yaradıcılıq uğurları arzulayıb.

Kitabxana oxucuları şairin şeirlərini səsləndiriblər. Əhməd Cavad adına Mədəniyyət Mərkəzinin musiqi heyəti tərəfindən Məzahir Hüseynzadə və onun qələm yoldaşlarının sözlərinə bəstələnmiş gözəl ifalar səsləndirilib. Sonda “Məzahir Hüseynzadə” adlı sərgiyə baxış keçirilib.