13.06.2025
Şəmkir rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi "18 may-18 iyun İnsan hüquqları aylığı" çərçivəsində 13.06.2025-ci il tarixdə "Hüquqlarınızı bilirsinizmi?" başlığı altında tədbir təşkil edib. Kitabxananın əməkdaşı Nailə Budaqova çıxış edərək bildirib ki, insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il 18 iyun tarixində təsdiq olunmuş ilk "İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı" bu sahədə strateji fəaliyyətin əsasını qoyub. Bu mühüm sənədə əsaslanaraq, Prezident cənab İlham Əliyevin 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun ölkəmizdə rəsmi olaraq İnsan Hüquqları Günü kimi təsis edilib və həmin tarix hər il qeyd olunur.Ombudsman tərəfindən bu əlamətdar gün ərəfəsində ənənəvi olaraq 28 may - 18 iyun tarixləri "İnsan Hüquqları Aylığı" elan olunur. Aylıq çərçivəsində hüquq və azadlıqların təbliği, ictimaiyyətin hüquqi biliklərinin artırılması, insan hüquqları sahəsində mövcud çağırışların müzakirəsi həyata keçirilir.
Daha sonra mövzu ilə əlaqədar tərtib olunmuş "Hüquqlarınızı bilirsinizmi?" adlı kitab sərgisinə baxış keçirilib.