Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəy rayon Slavyanka kənd Uşaq Musiqi Məktəbi hesabat konserti keçirib

03.06.2025

03 iyun 2025-ci il tarixində Gədəbəy rayon Slavyanka kənd Uşaq Musiqi Məktəbinin 2024/2025-ci tədris ilinin yekunlarına həsr olunmuş "Hesabat konserti" keçirildi. Konsertdə plan proqrama uyğun olaraq il ərzində tədris olunmuş Azərbaycan və dünya klassiklərinin əsərləri, bir- birindən maraqlı musiqi nömrələri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Müəllim və valideynlərə çıxış üçün söz verildi. Sonda məktəbin direktoru çıxış edərək məktəbin məzunlarını təbrik edib  gələcək təhsillərində müvəffəqiyyətlər arzu etdi.