Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

01.06.2025

Tovuzda 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub.

Tovuz Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Tovuz rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına parkda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə şəhid övladları, müharibə əlillərinin övladları, rayonun təhsil müəssisələrinin uşaq fəaliyyət qrupları və rayonun balaca sakinləri iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tovuz RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova uşaqlara Tovuz Rayon İcra Hakimiyyəti başçısının təbriklərini çatdırıb. Bildirmişdir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uşaq siyasəti bu gün uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə uşaqlar dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub. Uşaqların sağlam və firavan mühitdə böyüməsi, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması ilə bağlı çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük rolu vardır. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur. Ölkəmizdə yaşayan bütün uşaqları Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə ürəkdən təbrik edirik, onlara səadət, şən həyat, uzun ömür, xoşbəxt gələcək arzulayırıq.

Tədbirin bədii hissəsində mədəniyyət işçilərinin və rayon Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında konsert proqramı təşkil edilib. Uşaqların ifasında rəqslər, rəsm və əl işi sərgiləri təşkil olunub. Tədbirdə iştirak edən şəhid və müharibə əlillərinin övladlarına hədiyyələr təqdim olunub, onlara bayram süfrəsi və əyləncəli atraksionlardan istifadəsi təşkil edilib.

#QazaxTovuzRMİ #mədəniyyət #1iyun #uşaqlarınmüdafiəsi