31.05.2025
Qazaxda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edildi.
31 may 2025-ci il tarixdə MİHİ Qazax rayon komitəsinin dəstəyi, Qazax rayon Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş “Dünyanın bəzəyidir, sevincidir uşaqlar” adlı konsert proqramı təşkil edilib.
Tədbirdə Qazax rayon MKS-nin kitab sərgisi, Qazax Mədəniyyət Mərkəzinin rəqs qrupunun və Qazax şəhər Uşaq Musiqi Məktəblərinin şagirdlərinin ifalarında təqdim olunan maraqlı, rəngarəng çıxışlar körpə fidanların sevincinə səbəb olub.