Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlər keçirilib

30.05.2025

30.05.2025-ci il tarixində Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Mədəniyyət Mərkəzinin  filialları birgə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Çiçək ətirli balalar”, “Dünyanı verək uşaqlara”, “Uşaqlar bizim gələciyimizdir” başlıqlı silsilə tədbirlər keçirtdi. Tədbirlərdə Məktəbəqədər təhsil müəsəsilərinin uşaqları və ibtidai siniflərin şagirdləri iştirak etdi. 
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz həmin illərdə ən məhsuldar və uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər planı qəbul edilib. Ulu öndərin təşəbbüsü ilə önəmli beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minib.
Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra ilk qoşulduğu beynəlxalq sənədlər arasında uşaqlarla bağlı olanları da var. Məsələn, Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə Konvensiyanın iki əlavə protokoluna qoşulub. 1999-cu ildə ölkəmizdə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq Hüquqları haqqında” Qanun qəbul edilib. Bu illər ərzində mütəmadi olaraq milli qanunvericilik və normativ hüquqi aktlar təkmilləşdirilib. Uşaq hüquqlarının müdafiəsi, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilib və onların həyata keçirilməsi məqsədi ilə tədbirlər planı müəyyənləşdirilib. Hər bir dövlət proqramı uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, tənzimlənməsi və həyata keçirilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəlib. Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara, şəhid övladlarına , qazi övladlarına diqqət və qayğı ilə yanaşır.
Ölkəmizdə yaşayan bütün uşaqları Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə ürəkdən təbrik edir, onlara səadət, şən həyat, uzun ömür, xoşbəxt gələcək arzulayırıq.
Qoy həmişə sülh olsun!