Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda 28 May -Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib

28.05.2025

Mayın 28- da Qazax rayon Heydər Əliyev Mərkəzi və Qazax şəhəri M.Hüseyn adına Humanitar və Təbiət Fənləri Təmayüllü Məktəb- Liseyin birgə təşkilatçılığı ilə 28 May -Müstəqillik Günü ilə əlaqədar “Varislik ənənəsinin uğurlu davamı- əbədi müstəqillik” adlı  tədbir keçirildi. 

Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.  
“Qalib ölkənin müstəqilliyi” başlıqlı filmin nümayişindən sonra Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri açıq elan edərək tədbir iştirakçılarını 28 may Müstəqillik Günü münasubətilə təbrik edib, Azərbaycan Xalq Cumhuriyyətinin yaranma tarixindən, müstəqilliyimizin keçdiyi tarixi inkişaf yolundan danışıb. Ceyhunə Hüseynova bildirib ki, 28 May Müstəqillik günü Azərbaycanın tarixində xüsusi gündür. Azərbaycan xalqı müsəlman dünyasında ilk dünyəvi və parlamentli respublika yaradaraq öz dövlətçiliyini qurub. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünki 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur”. AXC-nin yaradılmasının tarixi əhəmiyyəti əvəzsizdir. Bu, həqiqətən də dünya siyasi tarixində mühüm addım olub, çünki AXC demokratik prinsipləri və müsəlman mədəniyyətini birləşdirməyin mümkünlüyünü nümayiş etdirib. 1918-ci ildə qaldırılıb  1920-ci ildə endirilən bayrağı isə ilk dəfə olaraq rəsmi qaydada Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırdı və təsis etməsilə  müstəqilliyə gedən yolun başlandığını bəyan etdi. Sovet İttifaqı hələ yaşayırdı və belə cəsarətli addım Ulu Öndərin öz xalqına, öz dövlətinə, xalqının, dövlətinin gələcəyinə nə qədər bağlı olduğunu sübut etdi.  Məhz Heydər Əliyevin yenidən qayıdışı ilə 1993-cü ildən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, Azərbaycanda sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı. Bu gün ölkəmiz müstəqil siyasət apararaq, milli maraqların təmin olunmasında çox böyük addımlar atır, çox böyük uğurlar qazanır. 2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir. Əlbəttə ki, o vaxtdan bu günə qədər çox böyük işlər görülüb, dövlət başçısının uzaqgörən siyasəti ilə ikinci dəfə əldə etdiyimiz müstəqilliyimiz daha möhkəm, dönməz və sarsılmaz olub. 
Qazax şəhəri M.Hüseyn adına Humanitar və Təbiət Fənləri Təmayüllü Məktəb- Liseyin müəllimi Vüsalə Abdullayeva, UBTR- nin rəhbəri Mehriban Əliyeva çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.
Tədbir şagirdlərin 28 May Müstəqillik Gününə həsr edilmiş şeir və ədəbi kompozisiyalarla davam etdirilib.