Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax Rayon Heydər Əliyev Mərkəzində ”Konstitusiya və Suverenlik İli” çərçivəsində intellektual yarış keçirilib

11.04.2025

Aprelin 11- də Qazax Rayon Heydər Əliyev Mərkəzində  Azərbaycan Respublikası Prezidentinin 28 dekabr  2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci ilin ”Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar Qazax Rayon Heydər Əliyev Mərkəzi və Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Qazax rayon Mədəniyyət müəssisələrinin əməkdaşları arasında  intellektual yarış keçirildi. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir başlandı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Mərkəzin direktoru Ceyhunə Hüseynova Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov şıxış etdilər və bildirdilər ki, Azərbaycan xalqı bu gün əsrlər boyunca arzusu ilə yaşadığı, mübarizə apardığı müstəqil, suveren, qalib dövlətə sahibdir. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub. Bütün ölkə ərazisində Konstitusiya quruluşumuz bərqərar edilib. Xalqımız böyük qürur və fəxarət hissi ilə bu il müəllifi ümummilli lider Heydər Əliyev olan Konstitusiyamızın qəbul edilməsinin 30- cu və Prezident, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5- ci ildönümünü təntənə ilə qeyd edəcək. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 dekabr 2024- cü il tarixində Azərbaycan Respublikasında 2025- ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncamdan irəli gələn Tədbirlər Planına uyğun olaraq keçirdiyimiz bu intellektual yarış Zəfər tariximizin və Konstitusiyamızın təbliğ edilməsində mühüm əhəmiyyət daşıyır.
Rayonun mədəniyyət müəssisələrində çalışan əməkdaşlar  8 komanda, hər komandada 5 iştirakçı olmaqla 5 mərhələdə yarışaraq birincilik uğrunda mübarizə apardılar. İştirakçılara  Azərbaycanın Konstitusiyasının qəbul edilməsinin keçdiyi tarixi yol, müasir Azərbaycanın hüquqi, dünyəvi dövlət quruculuğunda keçdiyi tarixi yol, suverenliyimizin, ərazi bütövlüyümüzün,  qorunması, möhtəşəm Zəfərimiz, qəhrəman şəhidlərimiz haqqında müxtəlif mövzularda suallar  verildi. 3 nəfərdən ibarət münsiflər heyəti- Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktou Ceyhunə Hüseynova, Qazax rayon Mədəniyyət Mərkəzinin metodisti Zülfiyyə Mürsəlova İntellektual yarışın obyektivliyini  təmin etmək üçün yarışın gedişatını yaxından izlədi. İntellektual yarış maraqlı və gərgin mübarizə şəraitində keçdi. Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin komandası bütün mərhələlərdə fərqlənərək 1- ci yerə layiq görüldü. Yarışda 1- ci yer tutan  komanda mükafatlandırıldı, bütün komandalara və üzvlərinə Fəxri Fərman və hədiyyələr verildi.