01.02.2019
1 fevral 2019-cu il tarixdə saat 14:00-da Qazax rayon Heydər Əliyev Mərkəzində 2 fevral Gənclər gününə həsr olunmuş "Gənclər dövləti inkişaf etdirən başlıca sütundur" başlıqlı dəyirmi masa təşkil edilmişdir. Tədbirdə Qazax şəhər Q. Hacımahmudova adına ümumi orta məktəbin şagird və müəllimləri iştirak etmişdirlər. Tədbiri muzeyin direktoru C.Hüseynova açaraq bildirmişdir ki,- “Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılı olacaqdır. Ölkəmizdə gənclər siyasətinin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Ümummilli liderimiz həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.Ulu öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi” Sonra .Hacımahmudova adına ümumi orta məktəbin direktoru Yeganə Göyüşova çıxış etmiş və 2 Fervral Gənclər günü münasibətilə gəncləri təbrik etmiş, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışaraq bildirmişdir ki, -“Gənclər siyasəti bu gün dövlətimizin priroritet məsələlərindən biridir. Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var... Sonra Qazax şəhər Q. Hacımahmudova adına ümumi orta məktəbin şagirdləri Gənclər Gününə və Ulu Öndərə həsr edilmiş şerlər söyləmişlər. Tədbir Q.Hacımahmudova adına ümumi orta məktəbin şagirdlərinin Heydər Əliyev Mərkəzində keçirilən tədbirlərdə fəal iştirakına və 2 fevral Azərbaycan Gənclər Günü münasibətilə Fəxri Fərmanlarla təltif olunmaları ilə başa çatdırılmışdır.