Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada “2025 - ci il Konstitusiya və Suverenlik ilidir ” adlı tədbir keçirilib

03.02.2025

03 Fevral 2025-ci il tarixində Ağstafa rayon MKS və  Mədəniyyət Mərkəzinin əməkdaşları birgə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar olaraq “2025 - ci il Konstitusiya və Suverenlik ilidir" adlı tədbir keçirib. MKS- nin direktoru S.Nağlyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan  Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidentinin  imzaladığı Sərəncam Konstitusiyamıza və dövlət suverenliyinə ali ehtiram və dəyərin ifadəsidir. Daha sonra çıxış edən əməkdaşlar bildirib ki, bu gün Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, öz ideallarına həmişə sadiq qalıb və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib. 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul olunmuşdur. Bu il Konstitusiyamızın qəbul edilməsinin 30 ili tamam olacaq. Sərəncamın bu il ərzində imzalanması bu baxımdan da əlamətdardır. Sonda mövzuya uyğun sərgiyə baxış keçirildi.