02.02.2025
Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2 -də imzaladığı Fərmana əsasən hər il 2 Fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Ölkəmizdə gənclər siyasətinə verilmiş yüksək dəyərin təzahürü olaraq, gənclər dövlət siyasətinin həyata keçirilməsində fəal iştirak edir. Şəmkir rayon mədəniyyət müəssisələrinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Şəmkir rayon Komitəsinin təşkilatçılığı ilə Şəmkir rayon Heydər Əliyev Mərkəzində mədəniyyət müəssisələrində çalışan gənclərlə görüş keçirildi.
Tədbiri giriş sözü ilə açan Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Şəmkir rayon nümayəndəsi Sənan Məmmədli ölkəmizdə aparılan gənclər siyasətindən söz açdı və gənclərə öz təbrikini çatdırdı.
Sonra MİHİ Şəmkir rayon Həmkarlar İttifaqının sədri Azər İsmayılov "Azərbaycan Gəncləri və Həmkarlar İttifaqı" adlı çıxış etdi.
Daha Sonra Şəmkir rayon Heydər Əliyev Mərkəzinin direktoru Ruslan Cahangirov Heydər Əliyev və Gənclər mövzusunda çıxış etdi.
Sonda Mərkəzin elmi işçisi Günel Rzayeva "Müasir Azərbaycan Gəncliyi" mövzusunda çıxış etdi.
Tədbirin sonunda gənclərə çiçəklər və təltifnamələr təqdim edildi