Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda “Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik“ adlı Gənclər gününə həsr edilmiş tədbir keçirilib

31.01.2025

Qazaxda “Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik“ adlı Gənclər gününə həsr edilmiş tədbir keçirildi. 
31 yanvar 2025-ci il tarixində Qazax rayon Mədəniyyət Mərkəzində  Qazax –Tovuz Regional Mədəniyyət İdarəsinin, Qazax –Tovuz Regional Gənclər və İdman İdarəsinin, Qazax Dövlət Dram Teatrının, Qazax Gənclər evi SXM-nin, Avey Dövlət Tarix Mədəniyyət Qoruğunun və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin birgə tədbiri keçirilib. 
Tədbiri giriş sözü ilə MİHİ Qazax rayon komitəsinin sədri İ.Qurbanov açıb.  Ulu öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 
     Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov  gəncləri  2 Fevral - Azərbaycan Gənclər günü münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.  O, qeyd edib ki, Azərbaycan Respublikasının prezidenti cənab  İlham Əliyev hər zaman  “ Biz gənclərimizlə haqlı olaraq fəxr edirik “ deyir  və gənclərin hər zaman dövlətlətçilik, milli maraqlar, azərbaycançılıq, ləyaqət kimi böyük amallarla yaşamağını  istəyir.
Daha sonra İ.Qurbanov rayon komitəsi tərəfindən gənclər arasında işin təşkilindən danışıb. O, göstərib ki, bağlanmış Ərazi Sazişində və Kollektiv Müqavilələrdə gənclərin hüquq və mənafeləri geniş əks etdirilib, Rayon Komitəsi  onların əmək və iş şəraitinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirir. Gənclər həmkarlar  ittifaqının seçkili orqanlarında təmsil olunurlar. Rayon komitəsinin il ərzində keçirdiyi tədbirlərdə gənclərin iştirakı təmin olunmuş, əməyi qiymətləndirilmişdir.  
Tədbirdə çıxış edənlərdən  Qazax –Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi V.Vəliyev, Qazax şəhər 2 nömrəli Uşasq musiqi məktəbinin direktoru R.Qurbanov, MKS-nin direktoru F.Xudiyeva, Qazax Dövlət Dram Teatrının rəssamı Aysan Omarova, Qazax- Tovuz Regional Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi R. Abbaslı, Qazax şəhər 1 nömrəli Uşaq Musqi məktəbinin müəllimi N.Hətəmova və başqaları bildiriblər ki, bugünki Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini hər zaman yüksək qiymətləndirir, onun bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğısını dərin ehtiram hissi ilə xatırlayırlar. 
Sonda tədbirdə iştirak edən gənclərə MİHİ Qazax rayon Komitəsi tərəfindən hədiyyələr və Fəxri Fərmanlar təqdim edildi.