Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi Kitabxanasında “Vətənpərvər, mübariz Azərbaycan gəncliyi öz Dövləti və Lideri ətrafında sıx birləşib” adlı görüş keçirib

01.02.2025

1 fevral  2025-ci il tarixində Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi Kitabxanası oxu zalında 2 Fevral - Gənclər Gününə həsr olunmuş “Vətənpərvər, mübariz Azərbaycan gəncliyi öz Dövləti və Lideri ətrafında sıx birləşib”adlı görüş keçirib. Tədbirdə bir qrup tələbə, fəal oxucular və kitabxananın əməkdaşları iştirak edib.
İlk öncə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban verən Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Oxuculara xidmət şöbəsinin müdiri Bəsdi Məmmədova Azərbaycan gənclərini, tədbir iştirakçılarını 2 fevral - Gənclər Günü münasibətilə təbrik edərək bildirib ki, Ulu Öndərin Azərbaycan gənclərinə böyük qayğısı və inamının töhvəsi olan  gənclər siyasəti Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və  bunun nəticəsi olaraq Azərbaycan gəncləri öz bayramlarını qalib ölkənin vətəndaşları kimi qürurla qeyd edirlər.
Çıxış edən gənclər ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətinin ən bariz nümunəsi olaraq 44 Günlük Vətən müharibəsində zəfər yazan gənclərimizdən ilham alaraq Qalib Dövlətin Qalib Lideri ətrafında sıx birləşdiyini ifadə edib, gələcək arzu və istəklərindən söhbət açıblar. 
Sonda “Zəfər yazan gənclərimiz ” adlı sərgiyə baxış keçirilib.