31.01.2025
31 yanvar 2025-ci il tarixində Qazax rayon Tarix Diyarşünaslıq Muzeyində 2 Fevral Gənclər Günü munasibətilə "Gənclər gələcəyimizdir" adlı dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən məruzəçilər qeyd ediblər ki,ölkəmizdə gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.Dahi şəxsiyyət hər zaman gənc nəslə xüsusi diqqət və qayğı göstərmiş,gəncləri Azərbaycanın gələcəyi adlandırmışdır.MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Gənclər Günü təsis edilmişdir ki,bu günün təsis edilməsi də məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.