Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax Rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində 2 fevral Gənclər Günü münasibətilə ”Gəncliyimizə dəstək” adlı tədbir keçirilib

31.01.2025

31 yanvar 2025-ci il tarixində Qazax Rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində 2 fevral Gənclər Günü münasibətilə "Gəncliyimizə dəstək" adlı tədbir keçirilib. Muzeyin direktoru Məhruzə Hüseynova tədbiri giriş sözü ilə  açaraq gəncləri bayram münasibəti ilə təbrik edib. Qeyd edib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait, imkan böyük diqqətin nəticəsidir. Daha sonra muzeyin gənc əməkdaşı Qəribova Esmira çıxış edərək öz fikirlərini bildirmişdir və muzey kollektivi adından bu münasibətlə hədiyyə ilə təbrik edilmişdir.