Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Dövlət Rəsm Qalereyasında Heykəltaraş-Rəssam Ehtiram Xəlilovun yenidən bərpa etdiyi “Hacı Zeynalabdin Tağıyevin portreti” rəsm əsərinin təqdimatı keçirildi

31.01.2025

31 yanvar 2025-ci il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında Heykəltaraş-Rəssam Ehtiram Xəlilovun yenidən bərpa etdiyi “Hacı Zeynalabdin Tağıyevin portreti” rəsm əsərinin təqdimatı keçirildi. Qalereya əməkdaşları tərəfindən Xılxına kəndindən tapılan, müəllifi Telman Kərimovun olduğu, kətan üzərində yağlı boya ilə işlənmiş əsərin yenidən bərpası haqqında Qalereyanın dərnək şagirdlərinə geniş məlumat verilib.  Sözügedən əsər müvafiq qaydada Ağstafa Dövlət Rəsm Qalereyasının əsas fonduna daxil ediləcək.