30.01.2025
30 yanvar 2025-ci il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin və Gədəbəy rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə "2 Fevral Azərbaycan Gəncləri Günü"nə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib.Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov, Gənclər və İdman sektorunun müdiri Röyal İsmayılov,Gədəbəy rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Beyrək Bağırov, Vətən Müharibəsi qazisi Altan Sadıqov və digərləri çıxış edərək, 2 fevral Azərbaycan Gəncləri Günü münasibəti ilə gəncləri təbrik edib, Azərbaycan gəncliyinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən,dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar.Ölkə Prezidenti İlham Əliyevin davamlı diqqət və qayğısını daim hiss etdiklərini,ölkəmizin bütün sahələrində gənclərin irəli çəkilərək onlara yüksək etimad göstərilməsinə minnətdarlıqlarını bildiriblər. Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, eləcə də mədəniyyət sahəsində fərqlənən bir qrup fəal Gəncə Fəxri Fərman təqdim olunub.