28.01.2025
Şəmkir rayon Mərkəzi Kitabxanasının Xidmət şöbəsi 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar olaraq 28.01.2025-ci il tarixdə Tarix və Diyarşünaslıq muzeyində “Konstitusiya və Suverenlik İli” adlı tədbir təşkil edib. Kitabxananın əməkdaşı Nərgiz Rzayeva məlumat verərək bildirib ki, ölkəmizin ərazi bütövlüyünün bərpası tariximizdə mühüm hadisədir və bu hadisə dövlətimizin, dövlətçiliyimizin əzminin, gücünün göstəricisidir. Məlum olduğu kimi, 2025-ci ildə Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30, Vətən müharibəsində qələbənin 5 illiyidir.
Suverenlik və dövlətçilik dəyərlərinin inkişafı hər bir dövlətin möhkəm təməllər üzərində qurulmasını və gələcəkdə dayanıqlı inkişafını təmin edir. Bu prinsiplər dövlətin daxili sabitliyini və beynəlxalq aləmdəki nüfuzunu gücləndirir. Eyni zamanda, suverenlik və dövlətçilik dəyərləri xalqın milli kimliyini və birliyini qoruyaraq gələcək nəsillərə ötürülür. Dövlətçilik dəyərləri isə cəmiyyətin milli birliyini, qanunun aliliyini və ictimai sabitliyi qorumaq üçün mühüm rol oynayır. Bu dəyərlər olmadan heç bir dövlət uzunmüddətli inkişaf və təhlükəsizlik əldə edə bilməz. Beləliklə, suverenlik və dövlətçilik dəyərləri yalnız bugünkü sabitliyi deyil, eyni zamanda gələcək nəsillər üçün güclü və firavan bir dövlətin əsasını təşkil edir.