Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkir rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “Konstitusiya və Suverenlik İli” adlı tədbir təşkil edilib

28.01.2025

Şəmkir rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar olaraq 28.01.2025-ci il tarixdə Fərman Salmanov adına şəhər tam orta məktəbində “Konstitusiya və Suverenlik İli” adlı tədbir təşkil edib. Kitabxananın əməkdaşı Türkan Rüstəmova məktəblilərə məlumat verərək bildirib ki, Azərbaycan torpaqları tamamilə işğaldan azad edilərək Azərbaycan dövlətinin suverenliyi bərpa edildi. Artıq beşinci ildir ki, Azərbaycan Respublikası öz hakimiyyətini, Azərbaycan Respublikası Konstitusiyasının müddəalarını özünün bütün ərazisi üzərində tam sərbəstliklə həyata keçirir. Azərbaycan Konstitusiyasının, qanunlarının aliliyinin təmini, suverenliyin əbədiliyinin təmini üçün  biz bu ali dəyərləri daim qorumalıyıq. Prezidentin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi məhz  həmin dəyərlərin tam mənimsənilməsinə, onların qorunması və əbədiliyinə xidmət edir. Daha sonra tədbir diskusiya formasında davam etdirilib.