27.01.2025
27 yanvar 2025-ci il tarixdə Tovuz rayon Abulbəyli kənd folklor evində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Tovuz rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar tədbir təşkil edilib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi hissəsində çıxış edənlər bildiriblər ki, Müasir Azərbaycan dövlətinin Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin şah əsərlərindən biridir. Əlbəttə ki, müstəqillik əldə edəndən sonra Azərbaycan özünün Konstitusiyasını qəbul etməli idi, bu baxımdan Ulu Öndər xalqın təkidi ilə hakimiyyətə gəldikdən və xalqımızın yüksək etimadı ilə Prezident seçildikdən sonra ilk diqqət etdiyi sahələrdən biri yeni Konstitusiyanın hazırlanması və qəbul edilməsi idi. Çünki bu, olmadan dövləti idarə etmək mümkün deyildi. Baxmayaraq ki, Azərbaycanda 1991-ci il oktyabrın 18-də müstəqilik haqqında Konstitusiya aktı var idi, lakin bu, kifayət deyildi. Heydər Əliyev Müstəqil Azərbaycanın Konstitusiya Aktını hazırlamaq üçün komissiya yaratdı, özü də bu komissiyaya rəhbərlik etdi. Qısa zamanda Konstitusiya Aktı hazırlandı, ümumxalq səsverməsinə çıxarılaraq, qəbul edildi.
Tədbirin bədii hissəsi isə biri-birindən maraqlı proqram ilə davam etdirilib.
Sonda isə təşkil olunmuş kitab və rəsm sərgisinə baxış keçirilib.