24.01.2025
24 yanvar 2025-ci il tarixində Ağstafa Rayon Hüseyn Arif Ev Muzeyində Ağstafa Rayon Hüseyn Arif Ev Muzeyi, Ağstafa Rayon Tarix Diyarşünaslıq Muzeyi və Ağstafa şəhər 1 saylı folklor klubunun birgə təşkilatçıkığı ilə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin ölkədə Konstitusiya və Suverenlik ili elan edilməsi ilə bağlı "Suverenlik Azərbaycanın milli dəyərlərinin əbədiliyi və qorunmasına xidmət edir" başlığı altında dəyirmi masa keçirildi. Mövzu ətrafında çıxışlar edildi. Çıxışlarda xüsusilə qeyd olundu ki, bu sərəncam Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir. Azərbaycan konstitusiyasının hüquqi qüvvəsi bütöv və suveren Azərbaycanda bərqərar oldu.O da qeyd olundu ki, Suverenlik dövlətin daxili və xarici siyasət sahəsində səlahiyyətlərinin məzmun və miqyasını əks etdirən siyasi hüquqi kateqoriyadır.