Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkir rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Xalq şairi Zəlimxan Yaqubun 75 illiyi münasibətilə “Sazla, sözlə çağlayan, daşan şair” adlı tədbir təşkil edib

21.01.2025

Şəmkir rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illiyi münasibətilə 21.01.2025-ci il tarixdə “Sazla, sözlə çağlayan, daşan şair” başlığı altında tədbir təşkil edib.

Kitabxananın əməkdaşı tədbir iştirakçılarına bildirib ki, Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətinə 1966-cı ildə “Qələbə bayrağı” rayon qəzetində “Şota Rustaveli” adlı ilk şeiri ilə başlayıb. Elə o vaxtdan fəal yaradıcılıqla məşğul olub. Ə.Haqverdiyev adına Ağdam Dram Teatrında “Aşıq Ələsgər” adlı mənzum pyesi tamaşaya qoyulub. Azərbaycan ədəbiyyatında folklorla yazılı ədəbiyyatın sıx əlaqəsini bariz şəkildə əks etdirən Zəlimxan Yaqubun yaradıcılığı ədəbiyyatın şifahi və yazılı qollarının sıx vəhdətindən ibarətdir. Onun şeirlərinin ümumxalq məhəbbəti qazanmasının başlıca sirri şairin toxunduğu, qələmə aldığı mövzuların aktuallığında, müasirliyində, xalqın mənəvi dünyasını düzgün işıqlandırılmasındadır. Zəlimxan Yaqub təkcə Azərbaycanın deyil, bütün türk dünyasının sevilən şairi idi.

Mövzuyla bağlı tərtib edilmiş sərgiyə baxış keçirildi.