23.01.2025
23 yanvar 2025-ci il tarixində Ağstafa Rayon Hüseyn Arif Ev Muzeyində "Hüseyn Arif poeziyasının Azərbaycan ədəbiyyatında özünəməxsus yeri" başlığı altında tədbir keçirilib.
İlk öncə məktəblilər muzeyin zəngin ekspozisiyası ilə yaxından tanış oldular. Daha sonra tədbir iştirakçılarına Hüseyn Arifin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi.Hüseyn Arif Ev Muzeyinin direktoru Rövşanə Mahmudova çıxış edərək qeyd etdi ki,Hüseyn Arifin Azərbaycan poeziyasının inkişafında böyük rolu var və onun əsərləri Azərbaycan ədəbiyyatına layiqli töhvələr vermişdir.
Hüseyn Arif Azərbaycan xalqı üçün hər zaman ölməz bədii söz ustadıdır.
Daha sonra şagirdlər Hüseyn Arifin dillər əzbəri olan şeirlərini söylədilər.