22.01.2025
22 yanvar 2025-ci il tarixində Tovuz rayon Mərkəzi kitabxanası Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun anadan olmasının 115 illiyi ilə əlaqədar "Qəhrəmanlar unudulmur" mövzusunda informasiya saatı təşkil edib.
Tədbirdə çıxış edənlər general mayor Həzi Aslanovun keçdiyi döyüş yolu barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, Azərbaycanın böyük sərkərdəsi Həzi Aslanov göstərdiyi igidliklərə görə 34 yaşında Sovet İttifaqı Qəhrəmanı adına və general rütbəsinə layiq görülərək azərbaycanlıların necə mərd, cəsur və möhkəm iradəli olduğunu sübut etdi. Onun komandanlıq etdiyi, əksərən azərbaycanlılardan ibarət olan tank briqadası Donbas, Moskva, Xarkov, Stalinqrad, Taqanroq, Kursk və digər ərazilərin faşizmdən azad olunmasında fəal iştirak edib.Cəbhədəki şücaətinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülərkən erməni generalı Baqramyan buna maneçilik törədib. Yalnız ölümündən 47 il sonra, 1991-ci ildə ədalət öz yerini tutdu və Həzi Aslanova yenidən Sovet İttifaqı Qəhrəmanı adı verildi.