Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemininin E.Hüseynov adına Mərkəzi Kitabxanasında “General Həzi Aslanov” adlı dəyirmi masa keçirilib

22.01.2025

22 yanvar 2025-ci il tarixində Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi Kitabxanası Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun anadan olmasının 115 illiyi ilə əlaqədar olaraq “General Həzi Aslanov” adlı dəyirmi masa keçirib. Tədbirdə şagirdlər və kitabxana əməkdaşları iştirak edib. Tədbiri giriş sözü ilə açan Oxuculara Xidmət şöbəsinin müdiri Bəsdi Məmmədova General Həzi Aslanovun həyatı və Böyük Vətən müharibəsi döründə göstərdiyi qəhrəmanlıqlar haqqında geniş  məlumat verərək bildirmişdir ki, Azərbaycan xalqının əzizi və fəxri, Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanov ən parlaq simalardan biridir. Onu hamıya doğma və əziz eləyən qranit iradə sahibi və istedadlı sərkərdə qabiliyyətinə malik bir şəxsiyyət olmasıdır. O, torpağına,  xalqına qırılmaz tellərlə bağlı bir qəhrəman idi. 
Çıxış edənlər qeyd ediblər ki, Qəhrəman sərkərdənin adı və əziz xatirəsi əbədi yaşayacaq, yeni nəsillərin yüksək vətənpərvərlik ruhunda tərbiyə edilməsində böyük rol oynayacaqdır.