Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Vətən harayı”

19.01.2019

  19 yanvar  2019-cu il tarixdə Qazax rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 29- cu ildönümünə həsr olunmuş “Vətən harayı” adlı tədbir keçirilmişdir. Tədbirdə Qazax rayon  Araz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin şagirdləri və müəllimləri iştirak etmişdirlər. İlk olaraq  vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra muzeyin  baş fond mühafizi Səidə Qocayeva  “Vətən harayı” başlıqlı məruzə ilə çıxış edərək bildirmişdir  ki, -“1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə həm faciə, həm də xalqımızın qəhrəmanlıq salnaməsi, qürur günü kimi daxil olub.  20 yanvar faciəsindən 29 il ötməsinə  baxmayaraq, xalqımız o dəhşətli günləri unutmur. Həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilən terror aktı insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazıldı. 20 yanvar faciəsi Azərbaycan xalqının iradəsini, azadlıq əzmini qıra bilmədi, xalqımız azadlıq və müstəqilliyinə qovuşdu. 20 yanvar şəhidlərinin ölməzlik zirvəsinə yüksəlməsi və onların göstərdiyi mərdlik heç vaxt unudulmayacaq”.   Sonra şagirdlər şəhidlərin həyat hekayəsini özündə əks etdirən ədəbi-bədii kopmpozisiya ilə çıxış etmiş, 20 yanvar faciəsinə həsr olunmuş  şerlər söyləmişdirlər.   20 yanvar faciəsinə həsr olunmuş filmin nümayişi ilə tədbir sona çatmışdır.