Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illiyi ilə əlaqədar olaraq “Bir şair ömrü” adlı ədəbi kompozisiya keçirib

21.01.2025

21 yanvar 2025-ci il tarixində Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi Kitabxanası Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illiyi ilə əlaqədar olaraq “Bir şair ömrü” adlı ədəbi kompozisiya keçirib. Tədbirdə Qazax şəhər 2 saylı uşaq musiqi məktəbinin şagirdləri və kitabxana əməkdaşları iştirak edib.
Oxuculara xidmət şöbəsinin müdiri Bəsdi Məmmədova qeyd edib ki, Müasir Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən tanınmış Xalq şairi Zəlimxan Yaqub xalq yaradıcılığının bədii texnologiyasından ustalıqla bəhrələnərək, ədəbiyyatımızda irsilik ənənələrini davam etdirib. Şairin əsərləri xalqın mübarizə ruhunun, vətənpərvərlik hisslərinin folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənələrindən bəhrələnərək qələmə aldığı şeirləri öz bədii estetik enerjisi ilə oxucuların qəlbinə yol tapır.
Tədbirdə iştirak edən şagirdlər şairin şeirlərindən seçmələr söyləmiş, sazda musiqilər səsləndirmişlər. 
Sonda Xalq şairi Zəlimxan Yaqubun kitablarından ibarət  sərgiyə baxış keçirilib.