21.01.2025
21 yanvar 2025-ci il tarixdə Tovuz rayon Mərkəzi kitabxanası Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illiyi ilə əlaqədar "Mən öz dastanımı yazıb gəlmişəm" mövzusunda dəyirmi masa təşkil edib.
Tədbirdə çıxış edənlər müasir Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən tanınmış şair Zəlimxan Yaqubun həyat və yaradıcığından bəhs edərək bildiriblər ki, çoxcəhətli yaradıcılığı ilə oxucu sevgisi qazanan şair ilahi eşqdən, insan sevgisindən, təbiət gözəlliklərindən, doğma torpağa vurğunluğundan, həyatın ağrılı-acılı tərəflərindən durula-durula yazır, bizi də duruldub saflaşdırır. " Şəhidin səsi", " Bu gecə yuxuma girmişdi Şuşa", "Ordum varsa, yurdum var", "Əsgər qardaşıma məktub" və başqa şeirlərində mübarizlik, döyüşkənlik ruhu, vətən sevgisi önə çəkilir.
Tədbirin sonunda "Zəlimxan Yaqub-75" başlığında sərgiyə baxış olub.