18.01.2025
18.01.2025-ci il tarixdə Tovuz rayon Aşıq H.Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar "20 Yanvar qəhrəmanlıq və qürur günümüzdür " mövzusunda dəyirmi masa keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad etməklə başlanıb.
Tədbirdə çıxış edənlər bildiriblər ki, 1990-cı ilin yanvar hadisələri nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. 20 Yanvar faciəsi Azərbaycan xalqının öz azadlığı və suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. O tarix ki, Azərbaycan xalqı 35 il əvvəl baş verən hadisələri təkcə ağrı-acı ilə deyil, həm də qürur və şərəf günü kimi xatırlayır.
Sonda 20 Yanvar faciəsinə həsr olunmuş sərgi təşkil edilmişdir.