Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəydə ”Qan Yaddaşımızı Unutmayaq” adlı tədbir keçirildi

17.01.2025

17-18 yanvar 2025-ci il tarixlərində Gədəbəy rayon Mədəniyyət Mərkəzinin "Tədbirlər Planı"-na uyğun olaraq Gədəbəy rayon Mədəniyyət Mərkəzinin Çanaqçı kənd Sənətkarlıq klubu, Miskinli kənd Folklor evi, Daryurd kənd Folklor klubu, Xar-Xar kənd Sənətkarlıq evi, Düzrəsullu kənd Folklor evi, Gər-Gər kənd Diyarşünaslıq klubunda “20 Yanvar Faciəsi"-nin 35-ci il dönümünə həsr olunmuş "Qan Yaddaşımızı Unutmayaq" adlı tədbir keçirildi. Tədbir Ulu Öndər Heydər Əliyin və  Azərbaycanın ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla  yad edildi. Tədbirdə  Gədəbəy rayon MKS-nin kənd kitabxana filialları iştirak etdilər. 
Daha sonra MM-in əməkdaşları və MKS-nin kənd filiallarının  kitabxana əməkdaşları ilə birlikdə kənd ərazisində Şəhid qəbirlərini ziyarət edib, qəbirlərinin üstünə gül qoyub və Şəhidlərin ruhuna dualar oxuyublar.