Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbində ”Şəhidlər qan yaddaşımız” adlı tədbir keçirilib

17.01.2025

17 yanvar 2025 ci il tarixdə Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbi 20 Yanvar şəhidlərinin 35 ci il dönümü ilə əlaqədar Mədəniyyət Mərkəzinin kiçik zalında "Şəhidlər qan yaddaşımız" adlı tədbir keçirdi. Tədbirdə ilk öncə 20 Yanvar şəhidləri 1 dəqiqəlik sükutla yad edildi.
Sonra məktəbin direktoru Ramil Qurbanov çıxış edərək müstəqilliyimiz ugrunda şəhid olan qəhrəmanlardan geniş şəkildə danışdı. Daha sonra məktəbin direktor müavini Təranə Hüseynova, Şöbə müdirləri G. Adıgözəlova, və İradə Allahverdiyeva şəhidlərimizin Rus ordusunun qabağında  qürurla ölümə getdiklərini diqqətə çatdırdılar. Tədbirin bədii hissəsində şagirdlərimiz həzin musiqi sədaları ilə şəhidlərimizi andılar.