Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Heydər Əliyev Mərkəzində ”20 Yanvar həqiqətlərini dünyaya çatdırılmasında Heydər Əliyevin rolu ” mövzusunda dəyirmi masa keçirilib

17.01.2025

Yanvarın 17-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar "20 Yanvar həqiqətlərini dünyaya çatdırılmasında Heydər Əliyevin rolu " mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Ağstafa rayon mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər. 

Tədbir Ulu Öndər Heydər Əliyin və  Azərbaycanın ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad etməklə başlanıb. Tədbiri giriş nitqi ilə açan Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisədən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb. Həmin dövrün siyasi mənzərəsi və xalqın azadlıq uğrunda mübarizəsindən bəhs edən natiq o dəhşətli gecədə törədilən vəhşilikləri bir daha yada salmış, bu soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən danışmışdır. Qeyd etmişdir ki, Ümummilli Lider 20 Yanvar faciəsini xalqımıza qarşı törədilmiş bəşəri cinayət adlandırmış, bu faciənin xalqımızın həyatında böyük hüzn yaratmasına baxmayaraq, həmin günü xalqımızın qürur və qəhrəmanlıq tarixi kimi qiymətləndirmişdir. 
Bildirmişdir ki, faciənin səhəri Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək xalqımızın haqq səsini bütün dünyaya çatdıran Heydər Əliyevin prinsipial siyasi mübarizəsi sayəsində 20 Yanvar faciəsi öz siyasi-hüquqi qiymətini almışdır. 
 Tədbirdə çıxış edən Ağstafa rayon MKS-nin direktoru Solmaz Nağıyeva, Mədniyyət İşçiləri Həmkarlar İttifaqının Ağstafa rayonu komitəsinin sədri Gülgün Kərimov, Ağstafa rayon Həsənsu kənd folklor evininin müdiri, gənc şair Rüfət Axundov, Ağstafa rayon Kitabxana filialının müdiri Leyla Bayramova, Eynallı kənd mədəniyyət evinin əməkdaşı İmamverdidiyeva Şölə çıxışlarında ölkəmizin müstəqilliyi uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu, şəhidlərimizin qanının hədər axmadığını, bugünkü müstəqilliyimizin bünövrəsinin o dövrdə qoyulduğunu bildiriblər.
Sonda 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.